Gələcək üç ildə neftin qiyməti 50-60 dollar arasında dəyişəcək

Gələcək üç ildə neftin qiyməti 50-60 dollar arasında dəyişəcək 2022-2024-cü illərdə dünyada neftin qiymətkləri orta hesabla 50-60 dollar arasında dəyişəcək.
Energetika
28 Dekabr , 2021 12:35
Gələcək üç ildə neftin qiyməti 50-60 dollar arasında dəyişəcək

Dünyada 2022-2024-cü illərdə neftin qiyməti orta hesabla 50-60 dollar arasında dəyişəcək.

“Report” xəbər verir ki, bu barədə Malayziyanın “Petronas” neft-qaz şirkətinin açıqladığı hesabatda deyilir.

Hesabata görə, koronavirusun yeni variantları ortaya çıxdığı üçün neftə tələbatın dirçəlməsində sabitlik olmasa da, hazırda dünya iqtisadiyyatı resesiyadan sonra davamlı dirçəliş mərhələsindədir, bir çox sahələrdə artım var.

Bununla belə, hesabata əsasən, hava nəqliyyatı sektoru yalnız 2024-cü ildə pandemiyadan əvvəlki səviyyəyə qayıdacaq.

Son xəbərlər

Orphus sistemi