Gələn ay Bakıda beynəlxalq "yaşıl" enerji forumu keçiriləcək

Gələn ay Bakıda beynəlxalq "yaşıl" enerji forumu keçiriləcək Dekabrın 8-də Bakıda “Cənubi Qafqaz Yaşıl Enerji Forumu” keçiriləcək.
Energetika
19 Noyabr , 2021 16:03
Gələn ay Bakıda beynəlxalq yaşıl enerji forumu keçiriləcək

Dekabrın 8-də Bakıda “Cənubi Qafqaz Yaşıl Enerji Forumu” keçiriləcək.

“Report” bu barədə xarici mətbuata istinadən xəbər verir.

Məlumata görə, eyni tədbir dekabrın 6-da Ermənistanın paytaxtı İrəvanda, dekabrın 9-da isə Gürcüstanın paytaxtı Tbilisidə təşkil olunacaq. Forumda əsasən "yaşıl" enerji strategiyalarına diqqət yetiriləcək, iştirakçılara ABŞ-ın "yaşıl" enerji texnologiyası istehsalçıları, layihə tərtibatçıları və podratçıları, ABŞ-ın bu ölkədəki səfirləri, hökumət və kommersiya nümayəndələri ilə əlaqə yaratmaq imkanları yaradılacaq.

Son xəbərlər

Orphus sistemi