Əsən güclü külək nəticəsində Bakının Nizami rayonunun Ə.Kürçaylı küçəsi, 18 ünvanında ağac qırılaraq qaz xəttinin üzərinə aşıb.
Bu barədə “Report”a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.
Nəticədə yaşayış binasının qaz xəttini zədələyib. Bu səbəbdən 360 abonentin qaz təchizatında müvəqqəti fasilə yaranıb.