Gürcüstanda hazırkı dövrədək Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi üzrə tikinti işlərinin təxminən 78,4%-i yekunlaşdırılıb.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin hesabatında bildirilib.
Sənədə əsasən, xətt üzrə yük daşımaları pilot rejimdə həyata keçirilir.
Qeyd olunub ki, Gürcüstanın tranzit və logistik potensialının gücləndirilməsi məqsədilə ölkənin nəqliyyat infrastrukturunun inkişafı və beynəlxalq nəqliyyat şəbəkələrinə inteqrasiya prosesi davam etdirilir.