Gürcüstan beynəlxalq yük daşıyıcıları tərəfindən bəyan edilməmiş yanacağın ölkə ərazisinə idxalına gömrük nəzarətini gücləndirib.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Maliyyə Nazirliyinin Gəlirlər Xidmətindən bildirilib.
Məlumata görə, son 10 gün ərzində Azərbaycanla sərhəddəki “Qırmızı körpü” gömrük-keçid məntəqəsində yük maşınlarına keçirilən baxış zamanı gömrük nəzarətindən gizlədilən 5 000 litr dizel yanacağı aşkar olunub.
“TIR” sürücüləri tərəfindən yanacağın qanunsuz idxalı kustar üsulla quraşdırılmış çənlər vasitəsilə həyata keçirilir. Gürcüstanın Gömrük Məcəlləsinə əsasən, bu cür əməllər qanun pozuntusu hesab olunduğundan cərimələr tətbiq edilir.