Bu ilin yanvar-iyul aylarında Gürcüstanın Azərbaycandan tədarük etdiyi elektrik enerjisinin həcmi 505,2 milyon kilovatt/saat təşkil edib.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə “Gürcüstanın elektrik enerjisi sisteminin kommersiya operatoru”nun (ESCO) hesabatında bildirilib.
Sənədə əsasən, bu, ötən ilin eyni göstəricisindən 21,2 % çoxdur.
İlk yeddi ayda qonşu ölkə ümumilikdə 1 milyard 706,5 milyon kilovatt/saat həcmində elektrik enerjisi idxal edib ki, bunun da 30 %-ni Azərbaycan təmin edib. Qonşu ölkənin əsas elektrik enerjisi təchizatçısı Rusiya (1 milyard 040,1 milyon kilovatt/saat) olub.
Hesabat dövründə Azərbaycandan Gürcüstan vasitəsilə Türkiyəyə 108,1 milyon kilovatt/saat həcmində elektrik enerjisi tranzit olunub ki, bu da illik müqayisədə 6,3 % çoxdur.