Bu ilin I yarısında Gürcüstan Azərbaycandan 505 milyon kilovatt/saat elektrik enerjisi idxal edib.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə “Gürcüstanın elektrik enerjisi sisteminin kommersiya operatoru”nun (ESCO) hesabatında bildirilir.
Sənədə əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 21,4% çoxdur.
Yanvar-iyunda qonşu ölkə ümumilikdə 1706,1 milyon kilovatt/saat elektrik enerjisi tədarük edib ki, bunun da 29,6 %-i Azərbaycanın payına düşüb.
Hesabat dövründə Gürcüstanın əsas elektrik enerjisi təminatçısı 1039,9 milyon kilovatt/saatla Rusiya olub.
İlin ilk yarısında Azərbaycandan Gürcüstan vasitəsilə Türkiyəyə 48,2 milyon kilovatt/saat elektrik enerjisi tranzit olunub.