Hasilatın ixtisarı neft bazarına təkan verdi

Hasilatın ixtisarı neft bazarına təkan verdi OPEC+ çərçivəsində neft hasilatının ixtisarı yönündə atılan addımlar bu gün keçirilən hərraclarda qiymət artımına güclü təkan verib.
Energetika
2 Fevral , 2021 16:35
Hasilatın ixtisarı neft bazarına təkan verdi

OPEC+ çərçivəsində neft hasilatının ixtisarı yönündə atılan addımlar bu gün keçirilən hərraclarda qiymət artımına güclü təkan verib.

“Report” xəbər verir ki, günorta hərraclarında “Brent” markalı neftin aprel fyuçersləri 2,29 faiz bahalaşaraq 57,62 ABŞ dollarından, WTI markalı neftin mart fyuçersləri isə 2,33 faiz bahalaşaraq 54,8 dollardan satılıb. Halbuki səhər hərraclarında qiymət artımı 1 faiz səviyyəsində olub.

Hazırda OPEC+ çərçivəsində hasilatın ixtisarına dair nikbinlik neft bazarındakı təkliflə, koronavirusla bağlı müəyyən irəliləyiş əlamətləri də tələbatla bağlı proqnozlara müsbət təsir göstərir.

Xatırladaq ki, yanvar ayında OPEC+ formatının iştirakçıları fevral və mart aylarında hasilatla bağlı yeni razılaşmalara gəldilər. Belə ki, Səudiyyə Ərəbistanı və bir sıra başqa ölkələr həmin dövrdə gündəlik hasilatı bütövlükdə 1.425 min barel azaltmağa böyun oldular. Həmçinin ABŞ-da fevralın ilk günlərində koronavirusa yoluxma və ölüm rəqəmlərində müəyyən irəliləyişin gözə dəyməsi də neft bazarında təsirsiz ötüşmədi.

Sabah ABŞ hökuməti ölkədə neft, benzin və distilat ehtiyatlarına dair həftəlik açıqlama verəcək. Ekspertlər 22-29 yanvar ərzində neft ehtiyatlarının 400 min barel artımını gözləyir.

Son xəbərlər

Orphus sistemi