Koronavirus pandemiyası ilə bağlı tələbata dair şübhələırin üstün gəlməsi səbəbilə bu gün səhər hərraclarında neftin qiyməti əhəmiyyətli dərəcədə azalıb.
“Report” xəbər verir ki, “Brent” markalı neftin fevral fyüçersləri 2,57 faiz ucuzlaşaraq 71,63 ABŞ dollarından, WTI markalı neftin yanvar fyüçersləri də 3,09 faiz ucuzlaşaraq 68,67 dollardan satılıb.
Qeyd edək ki, Dünya Səhiyyə Təşkilatına görə, kopronavirusun “Omikron” ştamı ilə bağlı dünya qarşısında duran təhlükə “çox yüksək”, daha da geniş yayılması ehtimalı da yüksək olaraq dəyərləndirilir. Bununla bağlı tətbiq ediləcək məhdudiyyətlərin dünya iqtisadiyyatının gələcək inkişafına, o cümlədən neftə tələbata mənfi təsir göstərəcəyi də qeyd olunur.