Hesablama Palatası Naxçıvan MR Dövlət Energetika Xidmətində yoxlamalara başlayıb.
Bu barədə “Report”a enerji qurumundakı mənbə məlumat verib.
Bildirilir ki, yoxlamalar çərçivəsində Xidmətin ötən illər ərzində cari və investisiya xərclərinin monitorinqi aparılır.
Yoxlamalar ümumilikdə iki həftə davam edəcək.