Heydər Əliyev adına NEZ-də təmir üçün 2 000-dən çox işçi cəlb ediləcək

Heydər Əliyev adına NEZ-də təmir üçün 2 000-dən çox işçi cəlb ediləcək Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Heydər Əliyev adına Neft Emalı Zavodunda (NEZ) aparılan təmir işləri üçün şirkətdən və kənar təşkilatlardan 2 000-dən çox işçi qüvvəsi cəlb ediləcək.
Energetika
12 Aprel , 2022 10:30
Heydər Əliyev adına NEZ-də təmir üçün 2 000-dən çox işçi cəlb ediləcək

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Heydər Əliyev adına Neft Emalı Zavodunda (NEZ) aparılan təmir işləri üçün şirkətdən və kənar təşkilatlardan 2 000-dən çox işçi qüvvəsi cəlb ediləcək.

Bu barədə "Report"a SOCAR-dan bildirilib.

Xatırladaq ki, NEZ-in istehsal gücünün artırılması, ölkənin “AVRO-5” standartına uyğun olan yüksək keyfiyyətli yanacaqla təmin edilməsi, ətraf mühitə təsirlərin minimuma endirilməsi, “Azərikimya” İstehsalat Birliyinin sabit xammal təchizatı və neft məhsullarının ixrac potensialının yüksəldilməsi məqsədi ilə həyata keçirilən modernizasiya və yenidənqurma işləri davam edir.

Layihə çərçivəsində NEZ-də əməliyyat mükəmməlliyi və dayanıqlığı proqramı həyata keçirilir. Proqram çərçivəsində NEZ-in 2022-ci il üzrə əsaslı təmirlə bağlı iş həcmi müəyyənləşdirilib və kompleks tədbirlər planı hazırlanıb.

Nəticədə aprelin 4-dən NEZ əsaslı planlı təmirə dayandırılıb. 2022-ci ilin əsaslı təmiri NEZ-də uzun müddətli (bir ildən çox) fasilədən sonra həyata keçirilir, işlər həcminə və mürəkkəbliyinə görə əvvəlki illərin təmir işlərindən kəskin fərqlənir.

Əsaslı təmir müddəti ərzində respublikanın müvafiq mühərrik yanacaqları ilə fasiləsiz təmin olunması üçün SOCAR lazımi tədbirlər görüb. NEZ-in strukturuna daxil olan keçmiş “Azərneftyağ” NEZ-in bir sıra qurğuları istismarını davam etdirəcək və müəyyən həcmdə kerosin, dizel və benzin istehsal olunacaq. Həmçinin ölkənin dizel və kerosin yanacaqlarına olan tələbatı NEZ-də formalaşdırılmış ehtiyatlar hesabına təmin ediləcək. Bu ilin fevral ayından etibarən müvafiq yanacaq ehtiyatının formalaşdırılmasına başlanılıb və hazırda da davam etməkdədir. Bununla əlaqədar, NEZ-də aparılan əsaslı təmir işləri müddətində ölkədaxili tələbat tam həcmdə təmin ediləcək.

Son xəbərlər

Orphus sistemi