IDB Azərbaycan və 3 ölkəni birləşdirəcək “yaşıl enerji” dəhlizi layihəsinə maraq göstərir

IDB Azərbaycan və 3 ölkəni birləşdirəcək “yaşıl enerji” dəhlizi layihəsinə maraq göstərir İslam İnkişaf Bankı (IDB) Azərbaycanda, xüsusilə də işğaldan azad olunmuş ərazilərdə enerji sahəsində həyata keçiriləcək layihələrə, həmçinin Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstanı birləşdirəcək “yaşıl enerji” dəhlizi layihəsinə maraq göstərir.
Energetika
1 Mart , 2023 12:26
IDB Azərbaycan və 3 ölkəni birləşdirəcək “yaşıl enerji” dəhlizi layihəsinə maraq göstərir

İslam İnkişaf Bankı (IDB) Azərbaycanda, xüsusilə də işğaldan azad olunmuş ərazilərdə enerji sahəsində həyata keçiriləcək layihələrə, həmçinin Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstanı birləşdirəcək “yaşıl enerji” dəhlizi layihəsinə maraq göstərir.

“Report” xəbər verir ki, bunu Azərbaycanda səfərdə olan İslam İnkişaf Bankı Qrupunun prezidenti Məhəmməd Süleyman Əl-Casir energetika naziri Pərviz Şahbazov ilə görüşündə deyib.

Əl-Casir bankın infrastruktur layihələri, texniki dəstək, maliyyə yardımları, özəl sektorun inkişafı istiqamətində gördüyü işlər haqqında məlumat verib.

Nazir Pərviz Şahbazov İslam İnkişaf Bankı ilə Azərbaycan arasında səmərəli əməkdaşlıq münasibətlərindən danışıb, energetika layihələrinə bankın dəstəyini vurğulayıb. Azərbaycanda enerji sahəsində aparılan islahatlar, böyük həcmdə “yaşıl enerji”, o cümlədən yaşıl hidrogen istehsalı və ixracı perspektivləri, enerji səmərəliliyi və enerji tənzimləmə sahələrində görülən işlər haqqında məlumat verilib. Ölkəmizdə bərpa olunan enerji istehsalı və ötürülməsi istiqamətində reallaşdırılacaq meqa layihələr üzrə Bankla geniş əməkdaşlıq imkanlarının olduğu bildirilib.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər barədə geniş fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi