IEA: OPEC ölkələri razılaşmanı 124%, qeyri-OPEC ölkələri isə 94% həcmində yerinə yetirib

IEA: OPEC ölkələri razılaşmanı 124%, qeyri-OPEC ölkələri isə 94% həcmində yerinə yetirib İyunda OPEC+ ölkələrinin hasilatı, razılaşmalara görə, 0,7 milyon barel/gün, iyulda isə 0,84 milyon barel/gün artacaq
Energetika
11 İyun , 2021 19:44
IEA: OPEC ölkələri razılaşmanı 124%, qeyri-OPEC ölkələri isə 94% həcmində yerinə yetirib

Neft hasilatının azaldılmasına dair razılaşmaya qatılan OPEC+ ölkələri 2021-ci ilin may ayında hasilatı gündəlik 320 min barel artıraraq 40,39 milyon barel/günə çatdırıb. Bu, əsasən könüllü olaraq fevral ayında 1 milyon barel azalmaya gedən Səudiyyə Ərəbistanının hesabına baş verib.

“Report” xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) iyun hesabatında deyilir.

Belə ki, Səudiyyə Ərəbistanı may ayında neft hasilatını gündəlik 340 min barel artıraraq 8,48 milyon barel/günə çatdırıb. Lakin krallıq hələ də neft hasilatını təxminən 50% azaltmaq normasını artıqlaması ilə yerinə yetirir. Rusiya may ayında neft hasilatındakı azalmanı daha 20 min barel artıraraq 9,52 milyon barelə çatdırıb və razılaşma şərtlərini 94% həcmində yerinə yetirib.

May ayında 10 OPEC ölkəsi sazişi planın 124%-i, OPEC-ə üzv olmayan ölkələr isə 94%-i həcmində yerinə yetirib.

İyunda OPEC+ ölkələrinin hasilatı razılaşmalara görə, 0,7 milyon barel/gün, iyulda isə 0,84 milyon barel/gün artacaq. Bununla iyulda alyansda neft hasilatındakı ümumi ixtisar 5,8 milyon barel/gün təşkil edəcək. Ötən ilin may ayında bu ixtisar həcmi 9,7 milyon barel/gün idi.

Bundan əlavə, IEA-nın məlumatına görə, Səudiyyə Ərəbistanı, BƏƏ və Rusiya kimi OPEC+ formatının ən böyük neft istehsalçıları artıq istehsal potensialının genişləndirilməsinə və ya saxlanılmasına investisiya yatırırlar. Belə ki, yalnız OPEC ölkələrində bu rəqəm 2022-ci ildə 0,2 milyon barel/gün artaraq 34,3 milyon barel/günə çatacaq. Ümumilikdə OPEC+ ölkələrinin sərbəst effektiv gücləri 2022-ci ildə indiki 50,37 milyon barel/gündən 50,55 milyon barel/günə qədər artacaq.

Son xəbərlər

Orphus sistemi