İƏİT ölkələrində neft ehtiyatları son 8 ilin ən aşağı həddinə düşüb

İƏİT ölkələrində neft ehtiyatları son 8 ilin ən aşağı həddinə düşüb İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) ölkələrində neftin komersiya ehtiyatları yanvar ayında 22,1 milyon barel azalaraq 2.621 milyon barelədək geriləyib.
Energetika
16 Mart , 2022 13:56
İƏİT ölkələrində neft ehtiyatları son 8 ilin ən aşağı həddinə düşüb

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT) ölkələrində neftin komersiya ehtiyatları yanvar ayında 22,1 milyon barel azalaraq 2.621 milyon barelədək geriləyib.

“Report” Beynəlxalq Enerji Agentliyinin (BEA) fevral hesabatına istinadən xəbər verir ki, bu da 2017-2021-ci illərin orta səviyyəsinə nisbətən 335,6 milyon barel az və 2014-cü ilin aprel ayından bu yana ən aşağı rəqəmdir.

Həmçinin mövcud ehtiyatların proqnozlaşdırıla bilən tələbatın 57,2 gününü qarşıladığı da qeyd olunur ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 13,6 gün azdır.

Avropa, ABŞ, Yaponiya ilə bağlı ilkin məlumatlara əsasən ehtiyatların daha 29,8 milyon barel azalacağı bildirilir.

Son xəbərlər

Orphus sistemi