İGB boru kəməri ilin sonuna qədər istifadəyə verilə bilər

İGB boru kəməri ilin sonuna qədər istifadəyə verilə bilər T​​​​​tikinti işlərinin ləngiməyə və bir sıra amillər səbəbi ilə məcmu gecikməyə baxmayaraq, bu qaz kəməri layihəsi geri dönməz bir mərhələdədir
Energetika
28 Aprel , 2021 14:54
İGB boru kəməri ilin sonuna qədər istifadəyə verilə bilər

Azərbaycana məxsus təbii qazı Bolqarıstana ötürəcək Yunanıstan-Bolqarıstan İnterkonnektorunun (İnterconnector Greece – Bulgaria: IGB) bu ilin sonuna qədər inşa edilərək istifadəyə verilməsi nəzərdə tutulur.

“Report” xəbər verir ki, bu barədə boru kəməri layihəsini həyata keçirən ICGB şirkəti məlumat yayıb.

Bildirilir ki, hazırda boru kəmərinin birləşdirildiyi ərazidə tikinti işlərini həyata keçirən podratçı “J&P AVAX SA” şirkəti layihənin icrasının və inşasını bitirmə müddəti ilkin olaraq 2021-ci ilin sonuna qədər uzadılması ilə bağlı sorğu göndərib.

“J&P AVAX SA” şirkətinin İCGB-yə belə bir sorğunun göndərilməsinə səbəb bütün dünyanı cənginə almış koronavirus (COVID-19) pandemiyasıdır. Məlumatda deyilir ki, əvvəlcə IGB layihəsinin 2020-ci ilin sonunadək başa çatdırılması planlaşdırılırdı: “Amma boru istehsalı və tədarükü müqaviləsi üzrə podratçı seçimi prosedurları uzandığı üçün, eləcə də tam maliyyəlşmənin təmin olunması zərurəti ilə əlaqədar tikinti müqaviləsi 2019-cu ilin oktyabrında imzalanıb".

Bildirilir ki, podratçının tələbi layihə şirkətinin səhmdarları tərəfindən hələ müzakirə olunmayıb: “Bu arada, hər iki ölkənin hökumətlərinin dəstəyi, bütün tərəflər, ərazidə olan bütün işçilərin sağlamlığı və təhlükəsizliyini qoruyaraq, layihənin qısa müddətdə uğurla həyata keçirilməsini təmin etmək üçün fəaliyyətləri optimallaşdırma yolları üzərində işləməyə davam etdirirlər”.

Qeyd edilir ki, tikinti işlərinin ləngiməyə və bir sıra amillər səbəbi ilə məcmu gecikməyə baxmayaraq, Yunanıstan-Bolqarıstan qaz kəməri layihəsi geri dönməz bir mərhələdədir və podratçının proqnozuna görə, kəmər 2021-ci ilin sonuna qədər icraçı tərəfə verilməlidir.

Qeyd edək ki, ümumi uzunluğu 182 kilometr olan boru kəmərinin 151 kilometri Bolqarıstan ərazisindən, 31 kilometri isə Yunanıstandan keçəcək. Kəmərin illik ötürücülük gücü 3 milyard kubmetr həcmində nəzərdə tutulur, ancaq tələb olduğu halda illik həcm 5 milyard kubmetrə qədər artırıla bilər. Boru xətti Komotinidən (Şimal-Şərqi Yunanıstan) Kürdcali, Haskovo və Dimitrovqraddan Stara Zagoraya (Cənub-Şərqi Bolqarıstan) keçir.

Xatırladaq ki, IGB Xəzər dənizinin Azərbaycan sektorundakı "Şahdəniz" qaz kondensat yatağının II mərhələdə istismarı çərçivəsində hasil edilən "mavi yanacağ"ın Bolqarıstana nəqlini nəzərdə tutur. TAP-a qoşulacaq bu kəmər vasitəsilə Bolqarıstan Azərbaycandan ildə 1 milyard kubmetr təbii qaz idxal edəcək. Belə ki, “Bulgargaz EAD” dövlət şirkəti “Şahdəniz-2” yatağından bu miqdarda qaz almaq üçün "Şahdəniz" konsorsiumu ilə müqavilə imzalayıb. Azərbaycan təbii qazı hesabına Bolqarıstan qaz tələbatının 25-30%-ni ödəyə biləcək. IGB-də tikinti işlərinin gələn ilin ikinci yarısında başa çatacağı gözlənilir.

Son xəbərlər

Orphus sistemi