IGB qaz kəmərinin tikintisi üçün 30 milyon avro ayrılıb

IGB qaz kəmərinin tikintisi üçün 30 milyon avro ayrılıb Avropa İnvestisiya Bankı (EİB) Azərbaycana məxsus təbii qazı Bolqarıstana ötürəcək Yunanıstan – Bolqarıstan qaz kəmərinin (İGB, İnterconnector Greece – Bulgaria) tikintisi üçün kreditin 30 milyon avroluq üçüncü tranşını ayırıb.
Energetika
9 Dekabr , 2021 16:52
IGB qaz kəmərinin tikintisi üçün 30 milyon avro ayrılıb

Avropa İnvestisiya Bankı (EİB) Azərbaycana məxsus təbii qazı Bolqarıstana ötürəcək Yunanıstan – Bolqarıstan qaz kəmərinin (İGB, İnterconnector Greece – Bulgaria) tikintisi üçün kreditin 30 milyon avroluq üçüncü tranşını ayırıb.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, kreditin 19,9 milyon avro məbləğindəki dördüncü hissəsinin gələn ilin ikinci rübündə ayrılacağı gözlənilir. Layihəyə ayrılmış kreditin ümumi məbləği 110 milyon avrodur.

Qeyd edək ki, IGB Xəzər dənizinin Azərbaycan sektorundakı "Şahdəniz" qaz kondensat yatağının II mərhələdə istismarı çərçivəsində hasil edilən "mavi yanacağ"ın Bolqarıstana nəqlini nəzərdə tutur. TAP-a qoşulacaq bu kəmər vasitəsilə Bolqarıstan Azərbaycandan ildə 1 milyard kubmetr təbii qaz idxal edəcək. Belə ki, “Bulgargaz EAD” dövlət şirkəti “Şahdəniz-2” yatağından bu miqdarda qaz almaq üçün "Şahdəniz" konsorsiumu ilə müqavilə imzalayıb. Azərbaycan təbii qazı hesabına Bolqarıstan qaz tələbatının 25-30 %-ni ödəyə biləcək. IGB-də tikinti işlərinin gələn ilin ikinci yarısında başa çatacağı gözlənilir.

Ümumi uzunluğu 182 kilometr olan boru kəmərinin 150 kilometri Bolqarıstan ərazisindən keçəcək. Kəmərin illik ötürücülük gücü 3-5 milyard kubmetr həcmində nəzərdə tutulur.

Cənub Qaz Dəhlizinin inkişafı çərçivəsində İGB vasitəsilə Cənub-Şərqi və Mərkəzi Avropa ölkələri Xəzər regionundan alternativ tədarüklərə və mayeləşdirilmiş təbii qaz idxal etmək imkanına malik olacaqlar.

O, həmçinin cənubdan şimala qaz tədarükü üçün Şaquli Qaz Dəhlizinin əsas olduğu regional infrastruktur layihələrindən də danışıb. “EastMed” boru kəməri bölgə ölkələrinə Kipr, İsrail və Şərqi Aralıq dənizindəki qaz yataqlarına çıxışı təmin edəcək.

Son xəbərlər

Orphus sistemi