İlham Əliyev: "İndi biz gələcəyə baxmalıyıq, çünki biz yeni qaz yataqları kəşf etmişik"

İlham Əliyev: "İndi biz gələcəyə baxmalıyıq, çünki biz yeni qaz yataqları kəşf etmişik" "Biz əsasən diqqətimizi Cənub Qaz Dəhlizinin sonuncu hissəsi olan Trans-Adriatik boru xəttinin başa çatdırılmasına yönəltmişdik".
Energetika
13 Oktyabr , 2021 13:22
İlham Əliyev: İndi biz gələcəyə baxmalıyıq, çünki biz yeni qaz yataqları kəşf etmişik
İlham Əliyev
0 : 00
0 : 00

"Biz əsasən diqqətimizi Cənub Qaz Dəhlizinin sonuncu hissəsi olan Trans-Adriatik boru xəttinin başa çatdırılmasına yönəltmişdik".

"Report" xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 7-də İtaliyanın “La Repubblica” qəzetinə müsahibəsində deyib.

"Ötən ilin sonuncu günü – dekabrın 31-də ilk qaz Avropaya nəql edilməyə başlandı və İtaliya artıq Azərbaycandan qaz qəbul etməyə başladı. Bildiyiniz kimi, Cənub Qaz Dəhlizi İtaliya bazarını 8 milyard kubmetr və hətta bundan da artıq həcmdə qazla təmin edəcək. Yəni, bu iş artıq başa çatdırılıb. İndi isə biz gələcəyə baxmalıyıq, çünki biz yeni qaz yataqları kəşf etmişik. Bununla yanaşı, mövcud yataqlardan da daha çox qaz hasil etməyi planlaşdırırıq. Həmçinin xarici investorlarla bərabər yenilənən enerji mənbələrinə böyük sərmayə qoyuruq", - dövlət başçısı bildirib.

Son xəbərlər

Orphus sistemi