Azərbaycan təbii qazını Avropaya nəql edilməsi üçün nəzərdə tutulan Trans-Adriatik Boru Kəməri (TAP) konserni mayın 17-dən özünün informasiya fazası ilə bazar sınaqlarına başlayır.
Bu barədə “Report” TAP Konsorsiumunun yaydığı məlumata istinadən xəbər verir.
Bildirilir ki, bazar sınaqları həqiqi təkliflərin təqdim olunmasına qədər iki ay müddət təmin edən bir məlumat mərhələni nəzərdə tutur.
İcbarı sınaq mərhələsi TAP-ın, İtaliyanın ötürücü sistem operatoru olan “Snam Rete Gas” (SRG) və Yunanıstanın DESFA şirkətinin layihə təklifinin Yunanıstan, Albaniya və İtaliyanın milli tənzimləyici orqanları tərəfindən may ayında təsdiqlənməsindən sonra başlanılır.
Məlumata görə, layihə təklifi TAP, SRG və DESFA-nın birgə bildirişi, TAP-ın sınaq mərhələ bildirişi və dəstək sənədləri, həmçinin müvafiq formalar daxil olmaqla məcburi mərhələ sənədləri
TAP-ın İcraçı direktoru Luka Şipati (Luca Schieppati) bildirib ki, boru kəməri ilə Avropaya qaz nəqlinin başlamasından dörd ay yarım ərzində 2 milyard kubmetrdən çox qaz nəql edilib.
Onun sözlərinə görə, konsern qaz özürücülərinə etibarlı və təhlükəsiz ötürmə xidmətləri göstərib: “TAP-ın ötürücülük gücünü genişləndirmək imkanı mərhələlərlə, müvafiq tələb və təklifə uyğun olaraq, xüsusilə Cənubi Şərqi Avropa bölgəsindəki ölkələr üçün dekarbonlaşdırma hədəflərinə çatmalarını təmin edə biləcək əhəmiyyətli bir fürsətdir”.
Xatırladaq ki, TAP Xəzər dənizinin Azərbaycan sektorundakı nəhəng “Şahdəniz” yatağından təbii qazı Avropaya daşıyır. 878 km-lik boru kəməri Türkiyə-Yunanıstan sərhədində, Kipoidə Trans Anadolu Boru Kəmərinə birləşir, Yunanıstan, Albaniya və Adriatik dənizindən keçərək İtaliyanın cənub sahillərinə çatır.
31 dekabr 2020-ci il tarixindən etibarən Avropaya tǝbii qaz axınının başladığı layihədə ilk gün TAP vasitǝsi ilǝ Avropaya 10,9 milyon kubmetr tǝbii qaz nəql edilib.
TAP perspektivdə tikiləcək interkonnektorlar vasitəsi ilə Çənub-Şərqi Avropa ölkələrinə qaz tədarükünü stimullaşdıra bilər. Misal üçün Bolqarıstan təbii qaza tələbatının 33 %-ni TAP vasitəsilə təmin edərək təchizat təhlükəsizliyini gücləndirməyə qadir olacaq. Bu da, öz növbəsində, ölkədə təbii qazın nüfuz dairəsini artıracaq. TAP-ın Yunanıstan və Albaniya ərazisində, habelə İtaliyadakı çıxış nöqtələri Azərbaycan qazının digər Avropa ölkələrinə nəqli üçün də imkanlar açır.
Cənub Qaz Dəhlizinin sonuncu seqmenti kimi, Avropanın yeni təbii qaz mənbəyinə etibarlı çıxışını təmin edən və strateji əhəmiyyət daşıyan TAP Avropanın enerji təhlükəsizliyinin möhkəmlənməsində, tədarükün şaxələndirilməsində mühüm rol oynayır, həmçinin dekarbonizasiya məqsədlərinə xidmət edir.
TAP-ın səhmdarları SOCAR (20 %), bp (20 %), Snam (20 %), Fluxys (19 %), Enagás (16 %) və Axpo (5 %) şirkətləridir.