İndiyə qədər Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan (BTC) Əsas İxrac Boru Kəməri vasitəsilə 545 milyon tondan çox neft nəql edilib.
“Report” bu barədə Energetika Nazirliyinə istinadən xəbər verir.
Xatırladaq ki, kəmərin açılışı 17 il öncə - 2006-cı il iyul ayının 13-də baş tutub. Onun uzunluğu 1768 kilometrdir: 443 km-i Azərbaycan, 249 km-i Gürcüstan və 1 076 km-i Türkiyədən keçir.