İranda tədarükün artmasına dair proqnoz nefti ucuzlaşdırıb

İranda tədarükün artmasına dair proqnoz nefti ucuzlaşdırıb Dünya bazarında neftin qiyməti düşür
Energetika
27 May , 2021 11:59
İranda tədarükün artmasına dair proqnoz nefti ucuzlaşdırıb

Dünya bazarında neftin qiyməti düşür. Buna İranla nüvə sazişinin bərpası halında bu ölkədən neft tədarükünün artmasına dair proqnoz səbəb olub.

“Report” “Prime” agentliyinə istinadən xəbər verir ki, Bakı vaxtı ilə saat 09:21-də “Brent” neftinin avqust fyuçerslərinin qiyməti 0,58 faiz azalaraq 68,33 dollar təşkil edib. “Brent”in iyul fyuçersləri isə 0,6 faiz ucuzlaşaraq bir barreli 68,46 dollara təklif olunub. WTI neftinin iyul fyuçersləri 0,54 faiz ucuzlaşıb və bir barreli 65,85 dollara satılıb.

“Bazar hələ də İran ətrafında vəziyyətin necə inkişaf edəcəyinə əmin deyil. Gözləntilər pozitiv olaraq qalır. Məhdudiyyətlərin yumşalması ilə vətəndaşların hərəkətliliyi, güman ki, artacaq. Lakin, İran neftinin əlavə barellərinin tədarükünün dəqiq vaxtı böyük əhəmiyyətə malik ola bilər”, – “Banking Group Ltd” şirkətinin Avstraliya və Yeni Zelandiyada baş əmtəə üzrə strateqi Deniel Haynz (Daniel Hynes) “Bloomberg”ə deyib.

İngilis versiyası Oil prices falling

Son xəbərlər

Orphus sistemi