İyulda Azərbaycanın OPEC+ sazişi üzrə gündəlik neft hasilatı artırılacaq

İyulda Azərbaycanın OPEC+ sazişi üzrə gündəlik neft hasilatı artırılacaq Qeyd edək ki, bu ilin iyun ayında ölkə üzrə gündəlik neft (kondensantla birlikdə) hasilatı 610 min barel olub. Bununla da Azərbaycan iyunda 108 faiz çox yerinə yetirib
Energetika
1 İyul , 2021 17:53
İyulda Azərbaycanın OPEC+ sazişi üzrə gündəlik neft hasilatı artırılacaq

Bu ilin iyul ayında Azərbaycan hasilatın azaldılması ilə bağlı Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) sazişi çərçivəsində gündəlik olaraq 620 min barel neft (kondensantla birlikdə) hasil edəcəyini planlaşdırır.

“Report”un məlumatına görə, bu ay Azərbaycan OPEC razılaşması çərçivəsində üzərinə götürdüyü öhdəliyi 98 % səviyyəsində yerinə yetirmiş olacaq.

Qeyd edək ki, bu ilin iyun ayında ölkə üzrə gündəlik neft (kondensantla birlikdə) hasilatı 610 min barel olub. Bununla da Azərbaycan iyunda 108 % yerinə yetirib.

Xatırladaq ki, OPEC+ ölkələri tərəfindən neft hasilatı üçün yeni artırılmış kvotalar 1 iyul tarixindən qüvvəyə minir. Eyni zamanda, Səudiyyə Ərəbistanı könüllü məhdudiyyətlərinin son "tranşını" ləğv edir.

Belə ki, Səudiyyə faktoru nəzərə alınaraq OPEC+ sazişini imzalayan bütün tərəflərin ümumi "qara qızıl" istehsalı iyul ayında əvvəlki aya görə gündəlik 841 min barel artıra bilər.

Aprel ayında OPEC+ ölkələri yanvar ayından bəri ləngiddikləri neft hasilatında tədricən artım barədə razılığa gəliblər. Məlumata görə, may ayında OPEC+ üzv olan ölkələr gündəlik olaraq 350 min barel, iyunda - gündəlik olaraq daha 350 min barel, iyulda isə gündəlik 441 min barel artırmağa icazə verilib.

Qeyd edək ki, aprel ayının 12-də “OPEC plus” ölkələri nazirlərinin 10-cu iclasında qəbul edilmiş razılaşma ümumilikdə gündəlik xam neft hasilatının may-iyunda 9,7 mln barel, Azərbaycanda isə 164 min barel azaldılmasını nəzərdə tutur. OPEC və qeyri-OPEC ölkələri nazirlərinin 6 iyunda keçirilən 11-ci iclasında isə bu kvotaların müddətinin daha bir ay - iyulun sonunadək uzadılmasına dair qərar qəbul edilib.

Ölkə

Hesablama başlayır: 2018-ci il oktyabr

2021-ci ilin iyunu üzrə kvota

İyun üzrə hasilat

İyul üzrə kvota

İyul üzrə hasilat

Əlcəzair

1057

-159

898

-145

912

Anqola

1528

-230

1298

-209

1319

Koqo

325

-49

276

-44

281

Ekvatorial Qvineya

127

-19

108

-17

110

Qabon

187

-28

159

-26

161

İraq

4653

-699

3954

-637

4016

Küveyt

2809

-422

2387

-384

2425

Nigeriya

1829

-275

1554

-250

1579

Səudiyyə Ərəbistanı

11 000

-1653

9347

-1505

9495

BƏƏ

3168

-476

2692

-433

2735

OPEK (ОPEK+ müqaviləsində iştirak edən ölkələr)

26 683

-4010

22673

-3650

23 033

Azərbaycan

718

-108

610

-98

620

Bəhreyn

205

-31

174

-28

177

Bruney

102

-15

87

-14

88

Qazaxıstan

1709

-240

1469

-234

1475

Malaziya

595

-89

506

-81

514

Meksika

1753

0

1753

0

1753

Oman

883

-133

750

-121

762

Rusiya

11 000

-1543

9457

-1505

9495

Sudan

75

-11

64

-10

65

Cənubi Sudan

130

-20

110

-18

112

Qeyri-OPEK

17 170

-2190

14 980

-2109

15061

CƏMİ

43 853

-6200

37 653

-5759

38 094

Son xəbərlər

Orphus sistemi