Türkiyə Azərbaycandan qaz idxalını 21 faizdən çox artırıb

Türkiyə Azərbaycandan qaz idxalını 21 faizdən çox artırıb Türkiyənin ümumi qaz idxalında Azərbaycan ilk yerdə qərarlaşıb
Energetika
25 Sentyabr , 2020 14:18
Türkiyə Azərbaycandan qaz idxalını 21 faizdən çox artırıb

Bu ilin iyul ayında Türkiyə Azərbaycandan 1,093 mlrd kubmetr həcmində təbii qaz idxal edib.

“Report” xəbər verir ki, bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun (Enerji Piyasası Düzenleme Kurumu – EPDK) hesabatında qeyd olunub.

Bu göstərici ötən ilin iyul ayı ilə müqayisədə 21,5% çoxdur. Türkiyənin ümumi qaz idxalında Azərbaycan ilk yerdə qərarlaşıb.

Onu 843 mln kubmetrlə Rusiya və 664 mln kubmetrlə İran izləyib. Ötən illə müqayisədə Türkiyənin Rusiyadan idxal etdiyi təbii qazın həcmi 28,4% azalıb. İrandan idxal edilən təbii qazın həcmi isə ötən ilin eyni ayı ilə müqayisədə 9,5% artıb.

Xatırladaq ki, ümumilikdə bu ilin iyul ayında Türkiyə 2,601 mlrd kubmetr qaz idxal edib.

Qeyd edək ki, Türkiyəyə Azərbaycanın “Şahdəniz” yatağından hasil edilən təbii qaz nəql edilir. Təbii qaz həcmləri Cənubi Qafqaz Boru Kəməri (Bakı-Tbilisi-Ərzurum) və Trans-Anadolu Qaz Kəməri (TANAP) vasitəsilə Türkiyə bazarına çatdırılır. Bakı-Tbilisi-Ərzurum kəməri ilə ilk qaz Türkiyə bazarına 2007-ci ildə daxil olub. TANAP vasitəsilə Türkiyəyə kommersiya qazının nəqlinə isə 2018-ci il iyunun 30-da başlanılıb.

Son xəbərlər

Orphus sistemi