İyulda Türkiyə ərazisi ilə nəql edilən BTC neftinin həcmi 4 % artıb

İyulda Türkiyə ərazisi ilə nəql edilən BTC neftinin həcmi 4 % artıb Bu ilin iyul ayında Türkiyə ərazisi ilə Bakı-Tbilisi-Ceyhan (BTC) kəməri vasitəsilə 16,510 milyon barel neft nəql edilib
Energetika
14 Avqust , 2021 10:13
İyulda Türkiyə ərazisi ilə nəql edilən BTC neftinin həcmi 4 % artıb

Bu ilin iyul ayında Türkiyə ərazisi ilə Bakı-Tbilisi-Ceyhan (BTC) kəməri vasitəsilə 16,510 milyon barel neft nəql edilib.

Bu barədə “Report” Türkiyənin borularla nəqletmə operatoru olan BOTAŞ şirkətinə istinadən xəbər verir.

Məlumata görə, bu, ötən ilin iyul ayı ilə müqayisədə 636 min barel və yaxud 4 % çoxdur.

Bu ilin yanvar-iyul ayları ərzində BTC kəməri vasitəsilə Türkiyə ərazisi ilə 115,438 milyon barel neft nəql edilib. Bu, 2020-ci ilin yeddi aylıq göstəriciləri ilə müqayisədə 11,512 milyon barel və yaxud 9,07 % azdır.

Xatırladaq ki, hazırda BTC boru kəməri əsasən Azərbaycandan “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan hasil edilən nefti və “Şahdəniz” yatağından çıxarılan kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə digər xam neft və kondensat həcmləri də, o cümlədən Türkmənistan, Rusiya və Qazaxıstan nefti nəql olunur.

Son xəbərlər

Orphus sistemi