Kəlbəcərdə 5 kiçik SES yenidən qurulacaq

Kəlbəcərdə 5 kiçik SES yenidən qurulacaq "Azərenerji" ASC Kəlbəcər rayonundakı “Qaraarxac”, “Meydan-2”, “Tərtər-3”, “Tərtər-2” və “Kəlbəcər-3” kiçik su elektrik stansiyalarının (SES) yenidən qurulması üçün dəyəri 3 milyon ABŞ dollarının manat ekvivalentindən çox olan 5 açıq tender elan edib.
Energetika
14 Yanvar , 2022 12:45
Kəlbəcərdə 5 kiçik SES yenidən qurulacaq

"Azərenerji" ASC Kəlbəcər rayonundakı “Qaraarxac”, “Meydan-2”, “Tərtər-3”, “Tərtər-2” və “Kəlbəcər-3” kiçik su elektrik stansiyalarının (SES) yenidən qurulması üçün dəyəri 3 milyon ABŞ dollarının manat ekvivalentindən çox olan 5 açıq tender elan edib.

“Report” xəbər verir ki, hər bir tenderdə iştirak haqqı 2 000 manatdır.

İddiaçılar ilkin sənədləri fevralın 28, saat 15:00-a qədər, tender təklifi və onun dəyərinin 1%-i qədər bank təminatını isə martın 9-u, saat 15:00-a qədər səhmdar cəmiyyətinin Bakı şəhəri, Səbail rayonu, Əbdülkərim Əlizadə küçəsi, 10 ünvanında yerləşən inzibati binasına təqdim edə bilərlər.

Təkliflərə martın 10-da, saat 15:00-da qeyd olunan ünvanda baxılacaq.

Son xəbərlər

Orphus sistemi