Layihə rəhbəri: “Pandemiya IGB üzrə işin sürətlə görülməsini çətinləşdirir"

Layihə rəhbəri: “Pandemiya IGB üzrə işin sürətlə görülməsini çətinləşdirir" "Koronavirus (COVID-19) pandemiyası Azərbaycana aid təbii qazı Bolqarıstana ötürəcək Yunanıstan-Bolqarıstan İnterkonnektorunun (Interconnector Greece – Bulgaria: IGB) tikintisi ilə bağlı işin sürətlə görülməsini çətinləşdirir".
Energetika
11 Dekabr , 2020 11:48
Layihə rəhbəri: “Pandemiya IGB üzrə işin sürətlə görülməsini çətinləşdirir

"Koronavirus (COVID-19) pandemiyası Azərbaycana aid təbii qazı Bolqarıstana ötürəcək Yunanıstan-Bolqarıstan İnterkonnektorunun (Interconnector Greece – Bulgaria: IGB) tikintisi ilə bağlı işin sürətlə görülməsini çətinləşdirir".

“Report” xarici mətbuata istinadən xəbər verir ki, bunu IGB-nin Bolqarıstan üzrə layihə rəhbəri Teodora Georgieva bildirib.

Bununla belə, onun sözlərinə görə, layihə üçün geodeziya tədqiqatları və boruların tədarükü yaxın günlərdə başa çatacaq: “Marşrut üzrə 85 % yol təmizlənib. Boruların düzülməsi plana uyğun davam edir və dekabrın 8-i məlumatına görə, 114 km növbəti addımlar üçün hazırlanıb”.

T. Georgieva qeyd edib ki, boruların qaynaq edilməsi prosesi də davam etdirilir: “Hazırda 80 km-dən çox hissədə avtomatik və əl ilə qaynaqlama tamamlanıb və 50-dən çox qaynaqlanmış borular xəndəyə endirilib. Bundan sonra fiber optik kabel quraşdırılması və tamamlanan hissələrin bərpası davam ediəcək”.

Qeyd edək ki, IGB Xəzər dənizinin Azərbaycan sektorundakı "Şahdəniz" qaz kondensat yatağının II mərhələdə istismarı çərçivəsində hasil edilən "mavi yanacağ"ın Bolqarıstana nəqlini nəzərdə tutur. Trans-Adriatik Boru Kəmərinə (TAP) qoşulacaq bu kəmər vasitəsilə Bolqarıstan Azərbaycandan ildə 1 milyard kubmetr təbii qaz idxal edəcək. Belə ki, “Bulgargaz EAD” dövlət şirkəti “Şahdəniz-2” yatağından bu miqdarda qaz almaq üçün "Şahdəniz" konsorsiumu ilə müqavilə imzalayıb. Azərbaycan təbii qazı hesabına Bolqarıstan qaz tələbatının 25-30 %-ni ödəyə biləcək. IGB-də tikinti işlərinin gələn ilin ikinci yarısında başa çatacağı gözlənilir.

Ümumi uzunluğu 182 kilometr olan boru kəmərinin 150 kilometri Bolqarıstan ərazisindən keçəcək. Kəmərin illik ötürücülük gücü 3-5 milyard kubmetr həcmində nəzərdə tutulur.

Son xəbərlər

Orphus sistemi