Tərəfdaşları ilə mülkiyyət hüquqlarına riayət edilməsi məsələsi üzrə aparılacaq danışıqlardan sonra "Lukoil" şirkəti “Petronas”ın “Şahdəniz” layihəsindəki payından alacağı hissəni 15,5 %-dən 9,99 %-ə endirəcək.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə şirkətin məlumatında deyilir.
Razılaşmanın məbləği isə 2,25 milyard ABŞ dollarından 1,45 milyard ABŞ dollarınadək azalacaq. Razılaşmanın 2022-ci ilin yanvar ayında qapadılması gözlənilir.