“Marathon Petroleum” 9,9 milyard dollarlıq kəskin zərərlə üzləşib

“Marathon Petroleum” 9,9 milyard dollarlıq kəskin zərərlə üzləşib ABŞ-ın neft emalı, satışı və nəqlini həyata keçirən “Marathon Petroleum Corporation” 2020-ci ildə maliyyə itkisi ilə üzləşib.
Energetika
6 İyul , 2021 16:39
“Marathon Petroleum” 9,9 milyard dollarlıq kəskin zərərlə üzləşib

ABŞ-ın neft emalı, satışı və nəqlini həyata keçirən “Marathon Petroleum Corporation” 2020-ci ildə maliyyə itkisi ilə üzləşib.

"Report"un şirkətin maliyyə hesabatına əsasən verdiyi məlumatına görə, şirkət ötən ili 9,9 milyard xalis zərərlə başa vurub.

Bildirilib ki, şirkət 2019-cu ildə 2,3 milyard dollar mənfəət əldə edib. Hesabata görə, “Marathon Petroleum Corporation”ın ötən ilki zərəri 2019-cu ildə əldə edilən mənfəəti üç dəfəyə qədər üstələyib.

Qeyd edək ki, 2020-ci ildə ümumi gəliri 111,9 milyard dollar olan şirkətin 2019-cu ildə əldə etdiyi ümumi gəlirlərin həcmi də 38,3 faiz azalaraq 69,03 milyard dollara bərabər olub.

Qeyd edək ki, “Marathon Petroleum Corporation” şirkəti ABŞ-ın enerji sektorunda 1887-ci ildən fəaliyyət göstərir.

Son xəbərlər

Orphus sistemi