Masazır qəsəbəsində işıq olmayacaq

Masazır qəsəbəsində işıq olmayacaq ​​​​​​​Bu gün Abşeron rayonunun Masazır qəsəbəsinin bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq
Energetika
17 Sentyabr , 2024 10:10
Masazır qəsəbəsində işıq olmayacaq

Bu gün Abşeron rayonunun Masazır qəsəbəsinin bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Bu barədə “Report”a “Azərişıq” ASC-dən məlumat verilib.

Bildirilib ki, Abşeron Rayon Enerji Təchizatı və Satışı İdarəsinə (RETSİ) daxil olan Masazır qəsəbəsinin bir sıra hissəsində 110/35/10 kV-luq "Masazır" yarımstansiyasında həyata keçirilən iməclik və yenidənqurma işləri ilə əlaqədar sentyabrın 17-də elektrik xətləri sifarişə əsasən açılacaq.

Bununla əlaqədar olaraq saat 08:00-dan saat 17:00-dək 35 kV-luq kabel hava xəttinin keçdiyi bəzi ərazilərdə elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Təmir işləri yekunlaşdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Son xəbərlər

Orphus sistemi