MEDİA rəsmisi: "Azərişıq" qarşısına qoyulan bu vəzifəni çox uğurla yerinə yetirib"

MEDİA rəsmisi: "Azərişıq" qarşısına qoyulan bu vəzifəni çox uğurla yerinə yetirib" İşğaldan azad olunmuş ərazilərimizdəki quruculuq prosesini tam şəkildə işıqlandırmaq davamlı xarakter alacaq
Energetika
26 May , 2021 14:18
MEDİA rəsmisi: Azərişıq qarşısına qoyulan bu vəzifəni çox uğurla yerinə yetirib
Natiq Məmmədli

"Azərişıq" ASC tərəfindən Suqovuşan qəsəbəsinin elektrik təsərrüfatının tam şəkildə bərpa olunması və yenidən qurulması işləri başa çatdırılıb".

"Report" xəbər verir ki, bunu Suqovuşanda jurnalistlərə açıqlama verən Medianın İnkişafı Agentliyinin (MEDİA) şöbə müdiri Natiq Məmmədli deyib.

N.Məmmədli jurnalistlərin belə mediaturlarının davamlı olacağını qeyd edib:

"Müşahidələrimiz onu göstərir ki, "Azərişıq" qarşısına qoyulan bu vəzifəni çox uğurla yerinə yetirib. Medianın İnkişafı Agentliyi bundan sonra da işğaldan azad edilmiş ərazilərimizə mediturlar təşkil edəcək. İşğaldan azad olunmuş ərazilərimizdəki quruculuq işlərini işıqlandırmaq, yerli və beynəlxalq ictimaiyyətə çatdırmaq Azərbaycan mediasının əsas mövzusudur. Jurnalistlərimiz üzərinə düşən belə bir çətin və şərəfli missiyanı ləyaqətlə yerinə yetirirlər. Agentlik tərəfindən belə turlar silsilə xarakter daşıyacaq. İşğaldan azad olunmuş ərazilərimizdəki quruculuq prosesini tam şəkildə işıqlandırmaq davamlı xarakter alacaq".

Son xəbərlər

Orphus sistemi