Məhəmməd Barkindo: “Koronavirusa qarşı peyvəndləmə neftə tələbatı artıracaq”

Məhəmməd Barkindo: “Koronavirusa qarşı peyvəndləmə neftə tələbatı artıracaq” OPEC baş katibi Afrikanın neft-qaz sənayesinə həsr olunmuş videokonfrans zamanı pandemiyanın bazara təsirinə toxunub
Energetika
9 Dekabr , 2020 16:00
Məhəmməd Barkindo: “Koronavirusa qarşı peyvəndləmə neftə tələbatı artıracaq”
Məhəmməd Barkindo

“2021-ci ildə COVID-19 peyvəndinin kütləvi tədarükü qlobal iqtisadiyyatın sürətlə böyüməsinə və neftə tələbatın artmasına yardım edəcək”.

“Report” xəbər verir ki, bunu OPEC-in baş katibi Məhəmməd Barkindo Afrikanın neft-qaz sənayesinə həsr olunmuş videokonfrans zamanı söyləyib.

M.Barkindo koronavirusa qarşı peyvəndin yaradılması ilə bağlı xəbərlərin artıq dünya ictimaiyyətində müsbət əhval-ruhiyyəyə səbəb olduğunu diqqətə çatdırıb.

Əvvəlcədən xəbər verildiyi kimi, dekabrın 3-də OPEC+ nazirləri növbəti ay üçün gündəlik 500 min barel həcmində hasilat artımına dair planı təsdiqləmək üçün ittifaq toplantılarını aylıq olaraq keçirməyə razılıq veriblər.

Xatırladaq ki, aprelin 12-də OPEC+ nazirlərinin 10-cu iclasında əldə edilmiş tarixi razılaşma 2021-ci ilin yanvarından 2022-ci il aprel ayının sonunadək öhdəliklərin 1,9 milyon barel azaldılmasını nəzərdə tuturdu, başqa sözlə, xam neft istehsalında ümumi azalmanın gündəlik 5,8 milyon barel olacağı gözlənilirdi.

Beləliklə, gələn ilin yanvar ayında OPEC ölkələri gündəlik neft hasilatını 4,564 milyon barel, OPEC-ə üzv olmayan ölkələri isə 2,636 milyon barel azaldacaq. Yeni “Əməkdaşlıq Bəyannaməsi”nə əsasən, 2021-ci ilin yanvarında Azərbaycanın öhdəliyi 123 min barel təşkil edəcək. Başqa sözlə, yanvar ayında Azərbaycan gündəlik neft hasilatını 8 min barel artırmalı və hasilatı 595 min barel səviyyəsində saxlamalıdır.

Nazirlərin növbəti görüşünün gələn il yanvarın 4-də keçirilməsi planlaşdırılır.

Son xəbərlər

Orphus sistemi