Dünya bazarında neftə tələbatın həcmi cari ilin dördüncü rübündə 99 milyon bareli keçəcək ki, bu da pandemiyadan əvvəlki səviyyə deməkdir.
“Report” xəbər verir ki, bu barədə OPEC baş katibi Məhəmməd Barkindo bildirib.
O cümlədən OECD üzv ölkələrində gündəlik tələbatın 6,4 faiz, yəni 2,7 milyon barel, qeyri-OECD ölkələrində isə 6,8 faiz, yəni 3,3 milyon barel artacağı qeyd olunub.