Moldova vətəndaşlarına qazın qiymətinin artmasına görə 1,6 milyard ley (91 milyon ABŞ dolları) təzminat ödəniləcək.
"Report" bu barədə "Newsmaker.md"a istinadən xəbər verir.
Moldova hökumətinin qaz tariflərinin artırılması ilə əlaqədar əhaliyə kompensasiya ödəmək təklifini ölkə başçısı Maya Sandu da dəstəkləyib.
M.Sandu bildirib ki, beynəlxalq bazarda qazın qiymətinin nəzərəçarpacaq dərəcədə artması Moldova üçün ağır yükdür:
"Əhalinin əksəriyyətinin gəlirləri orta səviyyədədir. İnsanlar haqlı olaraq qiymət artımının nəticələrindən narahatdırlar. Bu vəziyyətdə dövlət vətəndaşların ən həssas təbəqələrini dəstəkləməlidir", - Prezident deyib