Nadejda Kokotoviç: "Azərbaycan düzgün enerji siyasətinin nümunəsidir"

Nadejda Kokotoviç: "Azərbaycan düzgün enerji siyasətinin nümunəsidir" Azərbaycan enerji sektorunun yaxşı idarə edilməsi ilə hansı nəticələrin əldə edilə biləcəyinə nümunədir.
Energetika
1 Mart , 2024 15:52
Nadejda Kokotoviç: Azərbaycan düzgün enerji siyasətinin nümunəsidir

Azərbaycan enerji sektorunun yaxşı idarə edilməsi ilə hansı nəticələrin əldə edilə biləcəyinə nümunədir.

Bunu “Report”a açıqlamasında Brüssel Enerji Klubunun direktoru Nadejda Kokotoviç bildirib.

N. Kokotoviçin sözlərinə görə, Azərbaycan böyüklüyündən və əhalisindən asılı olmayaraq ölkələrin mövcud resurslardan necə səmərəli istifadə edə biləcəyini göstərir.

Onun fikrincə, Azərbaycanın uğurlu siyasətinin əsas amili enerji suverenliyinin qorunub saxlanmasıdır: “Bəzi digər Avrasiya ölkələrindən fərqli olaraq, Azərbaycan Avropa Enerji Xartiyasına üzv olmasa da, öz müstəqil siyasətini yaradıb və bu, hazırda öz nəticəsini verməkdədir”.

N.Kokotoviç hesab edir ki, Azərbaycan Şərqi Avropada müharibə şəraitində Avropanın qaz bazarını uğurla diversifikasiya edib.

Ölkənin enerji layihələrindən danışan direktor imzalanmış və həyata keçirilən saziş və memorandumların tam effektinin 10 ildən sonra hiss olunacağını vurğulayıb: “Bu layihələrin tərkib hissəsi neft və qaz hasilatı, tədarük zəncirində itkilərin azaldılması strategiyasıdır ki, bu da birlikdə konkret nəticəyə yönəlmiş kompleks yanaşmanı təmsil edir”.

Son xəbərlər

Orphus sistemi