“Gürcüstanın elektrik enerjisi idxal etdiyi iki əsas mənbə Rusiya və Azərbaycandır. Rusiyadan biz təxminən 1,2 giqavat/saat, Azərbaycandan isə təqribən 600 meqavat/saat elektrik enerjisi tədarük edirik. Ermənistandan da idxal həyata keçiririk”.
“Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf naziri Levan Davitaşvili deyib.
Onun sözlərinə görə, Gürcüstan elektrik enerjisinə olan tələbatının 10-14 %-ni idxalın hesabına ödəyir.
Nazir hazırda ölkənin elektik enerjisi ilə təminatında problemin olmadığını qeyd edib: “Qış aylarında idxal əsasən artır, yaz-yay aylarında isə elektrik enerjisnin yerli istehsalının artıq hissəsi qalır. Gürcüstanda yerli istehsalın artımı gözlənilir və buna görə də yaxın aylarda idxaldan asılılığımız azalacaq”.