"Azərbaycan və Rumıniya arasında enerji əməkdaşlığı şaxələnməklə yanaşı, ümum-Avropa miqyası qazanır".
"Report" xəbər verir ki, bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov Rumıniyanın Milli Günü münasibətilə keçirilən tədbirdə deyib.
"İki ölkə arasında ticarət dövriyyəsi bu ilin 9 ayında 48 faiz artaraq 526 milyon dollar olub. Burada 56,5 faiz pay xam neft və neft məhsullarına məxsusdur. Azərbaycan uzun illərdir Rumıniyaya xam neft ixrac edir. SOCAR-ın Rumıniyada genişlənən fəaliyyəti, 28 regionunda 74 yanacaqdoldurma stansiyası və bir neçə yanacaq deposu ikitərəfli faydalı enerji əlaqələrinin göstəricisidir", - nazir əlavə edib.