Nazir: "Birləşmiş Krallığın Azərbaycana yatırdığı investisiyanın 33 milyard dolları enerji sahəsinə aiddir"

Nazir: "Birləşmiş Krallığın Azərbaycana yatırdığı investisiyanın 33 milyard dolları enerji sahəsinə aiddir" 1995-ci ildən 2023-cü ilə qədər Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığından Azərbaycana yatırılan investisiyanın 32 milyard ABŞ dolları enerji sahəsinə aiddir
Energetika
7 Dekabr , 2023 10:34
Nazir: Birləşmiş Krallığın Azərbaycana yatırdığı investisiyanın 33 milyard dolları enerji sahəsinə aiddir

1995-ci ildən 2023-cü ilin 6 ayına qədər Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığından Azərbaycana yatırılan investisiyanın 33 milyard ABŞ dolları enerji sahəsinə aiddir.

"Report" xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov bu gün Bakıda keçirilən Azərbaycan və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının hökumətləri arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 6-cı iclasında deyib.

O bildirib ki, qeyd edilən dövrdə ümumilikdə 35 milyard ABŞ dolları dəyərində investisiya yatırılıb.

Nazir qeyd edib ki, Azərbaycandan isə Birləşmiş Krallığa 2 milyard ABŞ dolları dəyərində investisiya yatırılıb: "Birləşmiş Krallığa əsasən neft və digər avadanlıqlar ixrac edir. Ölkəmizdə investisiya mühitinin təkmilləşdiyini nəzərə alarsaq, investisiyaların daha da artacağını gözləyirik. Birləşmiş Krallıq Azərbaycanın ən böyük xarici investorudur".

Son xəbərlər

Orphus sistemi