Nazir müşaviri: “Qarabağın bərpası beynəlxalq əhəmiyyətli layihə olmalıdır”

Nazir müşaviri: “Qarabağın bərpası beynəlxalq əhəmiyyətli layihə olmalıdır” Azərbaycanın beynəlxalq maliyyə institutları, beynəlxalq investorlar, xaricdə kapitalı olan öz vətəndaşları ilə iş platformaları var
Energetika
8 Oktyabr , 2020 17:27
Nazir müşaviri: “Qarabağın bərpası beynəlxalq əhəmiyyətli layihə olmalıdır”
Emil Məcidov

"Əməliyyatların hərbi fazasının yekunlaşmasından sonra Dağlıq Qarabağın bərpa edilməsi beynəlxalq əhəmiyyətli layihə olmalıdır".

“Report”un məlumatına görə, bunu İqtisadiyyat nazirinin müşaviri Emil Məcidov Rusiyanın TASS İnformasiya Agentliyinin “Regionun Bakının nəzarətinə qayıdacağı təqdirdə onun bərpası üçün xarici vəsaitlərin cəlb edilməsi planlaşdırılırmı” sualını cavablandırarkən bildirib.

Onun sözlərinə görə, Azərbaycanın beynəlxalq maliyyə institutları, beynəlxalq investorlar, xaricdə kapitalı olan öz vətəndaşları ilə iş platformaları var: “Hesab edirəm ki, azad olunmuş ərazilərin inkişafı layihəsi beynəlxalq əhəmiyyətə malik layihə olmalıdır. Yenidənqurma və dirçəlmə - bu, bizim, prinsipcə edəcəklərimizdir, biz bunun üçün ora qayıdırıq. Vəsaitlər isə tapılacaq”.

Qeyd edək ki, bundan əvvəl Azərbaycan Prezidenti İlham Əliyev bəyan edib ki, atəşkəs rejiminin bərpası üçün Bakı erməni qüvvələrinin Dağlıq Qarabağdan çıxarılmasına dair beynəlxalq vasitəçilər tərəfindən təsdiq olunmuş zəmanətlər almalıdır.

Son xəbərlər

Orphus sistemi