Nazir Türkiyə qazının abonentlərin istifadəsinə veriləcəyi tarixi açıqlayıb

Nazir Türkiyə qazının abonentlərin istifadəsinə veriləcəyi tarixi açıqlayıb May ayından etibarən Türkiyənin təbii qazı abonentlərə istifadə üçün veriləcək.
Energetika
20 Aprel , 2023 17:31
Nazir Türkiyə qazının abonentlərin istifadəsinə veriləcəyi tarixi açıqlayıb

May ayından etibarən Türkiyənin təbii qazı abonentlərə istifadə üçün veriləcək.

“Report” xəbər verir ki, bunu enerji və təbii sərvətlər naziri Fatih Dönmez “A Haber”in efirində deyib.

"Müəyyən prosedur qaydalar icra ediləcək. Təxminən bir neçə həftədən sonra, yəni may ayından etibarən mətbəxdə öz qazımızdan istifadə edə biləcəyik", - nazir bildirib.

Onun sözlərinə görə, təbii qazın istehsalı həm dövlətə, həm də vətəndaşlara xeyirdir: “Vətəndaşlarımızın rifahı üçün nə lazımdırsa, edəcəyik. Prezident Rəcəb Tayyib Ərdoğan da bununla bağlı vətəndaşlara müjdə verəcək”.

F.Dönmez əlavə edib ki, bu gün Qara dənizdə çıxarılan təbii qazın istismarına başlanılır: “Bütün çətinliklərə rəğmən, öz təbii qazımızı istehsal edəcəyimizə başladıq.

Yeni qaz yataqlarının kəşfi istiqamətində işlər davam edəcək. Gələcəkdə də xalqımıza müjdələr verə bilərik. Ümid edirik ki, belə də olacaq”.

Xatırladaq ki, Türkiyənin Qara dənizdəki yataqlardan əldə edəcəyi təbii qaz ölkənin idxaldan asılılığını 25-30 % azaltmağa imkan verəcək.

Türkiyə indiyədək istehlak etdiyi qazın cəmi 1 %-ini özü istehsal edir.

2020-ci ilin avqustunda Sakarya qaz yatağındakı “Tuna-1” quyusunda Fatih qazma gəmisi tərəfindən aparılan qazma işləri nəticəsində 320 milyard kubmetr təbii qaz kəşf edilib. 2020-ci ilin oktyabrında “Dunay-1” quyusunda qazma işləri başa çatdıqdan sonra quyudakı ehtiyatın həcmi 85 milyard kubmetr yenidən nəzərdən keçirilməklə 405 milyard kubmetrə çatdırılıb.

Türkiyədə indiyədək kəşf olunan qaz ehtiyatlarının ümumi həcmi 710 milyard kubmetrdir.

Son xəbərlər

Orphus sistemi