Neft 1%-dək bahalaşıb

Neft 1%-dək bahalaşıb Fond bazarlarında risk əhval ruhiyyəsi, həmçinin tələbin artması ilə bağlı gözləntilər fonunda dünya bazarlarında neft 1%-dək bahalaşmağa başlayıb.
Energetika
14 İyun , 2021 16:39
Neft 1%-dək bahalaşıb

Fond bazarlarında risk əhval ruhiyyəsi, həmçinin tələbin artması ilə bağlı gözləntilər fonunda dünya bazarlarında neft 1%-dək bahalaşmağa başlayıb.

Report” “Prime” agentliyinə istinadən xəbər verir ki, Bakı vaxtı ilə saat 14:15-ə olan məlumata görə, Şimal dənizində hasil olunan “Brent” neftinin avqust fyuçersləri 0,91% bahalaşaraq 1 bareli 73,35 ABŞ dollarına satılıb. WTI neftinin iyul fyuçerslərinin qiyməti isə 0,79% aşağı düşərək, 1 bareli 71,47 dollar təşkil edib.

“DNB Markets”in analitiki Helge Andre Martinsen hesab edir ki, neft fond bazarlarının müsbət dinamikası və neft sektoru ilə bağlı xəbərlərin çatışmazlığı fonunda bahalaşır.

Bazar ertəsi Asiya-Sakit okean regionunun fond birjaları əsasən bağlı olub. Cənubi Koreya və Yaponiya indeksləri ticarəti artımla başa vurublar. Avropanın indeksləri isə güclü makroiqtisadiyyat fonunda artır.

Treyderlər həmçinin iqtisadiyyatın tədricən artması və dünyada vaksinləmənin davam etməsi fonunda neftə olan tələbatın perspektilərini qiymətləndirməkdə davam edirlər.

Son xəbərlər

Orphus sistemi