Neft 1%-dən çox bahalaşıb

Neft 1%-dən çox bahalaşıb İnvestorların “İda” qasırğasından sonra tələb və təklif balansını qiymətləndirdiyi bir zamanda dünya bazarlarında neftin qiyməti 1%-dən çox bahalaşıb.
Energetika
13 Sentyabr , 2021 16:40
Neft 1%-dən çox bahalaşıb

İnvestorların “İda” qasırğasından sonra tələb və təklif balansını qiymətləndirdiyi bir zamanda dünya bazarlarında neftin qiyməti 1%-dən çox artıb.

“Report” “Prime” agentliyinə istinadən xəbər verir ki, Şimal dənizində hasil olunan “Brent” neftinin noyabr fyuçersləri 1,17% bahalaşaraq, 1 bareli 73,77 ABŞ dollarına satılıb. WTI neftinin oktyabr fyuçerslərinin qiyməti isə 1,39% bahalaşaraq, 1 bareli 70,69 ABŞ dolları təşkil edib.

Avqustun sonlarında ABŞ-ın məruz qaldığı “İda” qasırğası neft sahəsinə zərər vurub. Meksika körfəzində neft hasilatı dayandırıldığından hazırda investorlar dəymiş zərəri qiymətləndirirlər. Bundan başqa, dünyada COVID-19-la bağlı məhdudiyyətlərin azaldılması yanacağa olan tələbin artmasına səbəb olub.

İnvestorlar həmçinin OPEC-in hesabatının dərcini gözləyirlər. Analitiklər alyansın gələn il üçün tələbin artım proqnozuna yenidən baxacağını gözləyirlər.

Son xəbərlər

Orphus sistemi