Neft 100 dollara qədər bahalaşa bilər

Neft 100 dollara qədər bahalaşa bilər Bu barədə “Piper Sandler”in baş eksperti Kreyq Conson bildirib
Energetika
15 Mart , 2021 15:08
Neft 100 dollara qədər bahalaşa bilər

Neftin qiymətləri 2014-cü ildən bu yana ən yüksək səviyyəyə doğru qalxır.

“Report” xəbər verir ki, bu barədə CNBC-nin efirində “Piper Sandler”in baş eksperti Kreyq Conson bildirib.

“Hazırda enerji sektoru bütün müşahidə dövrünün ən güclü rübünü yaşayaraq ilin əvvəlindən 40 faizədək artım göstərdiyinə görə neft qiymətləri də artım üçün müəyyən potensiala malikdir... Mən, doğrudan da, qarşıdakı 6-12 ay ərzində 100 ABŞ dolları rəqəmini görürəm”, - ekspert qeyd edib.

“Laffer Tengler İnvestment”in eksperti Nansi Tenqler də OPEC-in ən azı yayadək hasilatı sabit saxlayacağını, bununla da neftin bahalaşacağını gözləyir:

“Oktyabr ayınadək təklifin artmasını görməyəcəyik. Odur ki, neftin qiyməti asanlıqla qalxa bilər. Biz yayda 80 dollar gözləyirik ki, bu da əksər neft şirkətləri üçün nikbin proqnozdur”.

Xatırladaq ki, OPEC+ ekspertləri may ayında gündəlik neft qıtlığının 2,1 milyon barel, illik isə 1,2 milyon barel kimi pik səviyyəyə çatacağını gözləyirlər. “Bank of America Global Research”ın proqnozuna əsasən, “Brent” markalı neftin orta illik qiyməti 60 dollar təşkil edəcək, ikinci rübdə arabir 70 dollaradək qalxacaq. “SOCAR Trading”in baş satış direktoru Xəyal Əhmədzadə müsahibələrinin birində bildirib: “Bu yay, yaxud ilin sonunadək neftin barelini 80 dollar, növbəti 18-24 ay ərzində isə 100 dollardan yuxarı görsək, təəccüb etmərəm”.

Son xəbərlər

Orphus sistemi