Neft cüzi ucuzlaşıb

Neft cüzi ucuzlaşıb Birjalardakı risksiz əhval-ruhiyyə və ABŞ-da monetar siyasətin sərtləşdirilməsinin davam etməsi gözləntisi fonunda neft cüzi ucuzlaşıb.
Energetika
10 Mart , 2023 10:44
Neft cüzi ucuzlaşıb

Birjalardakı risksiz əhval-ruhiyyə və ABŞ-da monetar siyasətin sərtləşdirilməsinin davam etməsi gözləntisi fonunda neft cüzi ucuzlaşıb.

“Report” birjalara istinadən xəbər verir ki, Şimal dənizində hasil olunan “Brent” neftinin may fyuçersləri 0,58 % ucuzlaşaraq 1 bareli 81,12 ABŞ dollarına satılıb. WTI neftinin aprel fyuçerslərinin qiyməti isə 0,79 % düşüb və 1 bareli 75,12 ABŞ dolları təşkil edib.

Bu gün ABŞ-da əmək bazarı ilə bağlı statistik məlumatlar dərc olunacaq. Analitiklər hesab edirlər ki, fevralda ölkədə işsizlik səviyyəsi dəyişməyib və yanvar ayında olduğu kimi 3,4% səviyyəsində qalıb.

Treyderlər ABŞ Federal Ehtiyatlar Sisteminin (FED) martın sonunda uçot dərəcəsini yenidən artıra biləcəyini güman edirlər.

İngilis versiyası Oil prices slightly down

Son xəbərlər

Orphus sistemi