OPEC+ formatı çərçivəsində Nazirlər Monitorinq Komitəsinin bugünkü iclasında hasilatın ixtisarına dair kvotalarını əvvəlki dövrdə yarımçıq yerinə yetirmiş ölkələrdən bunun əvəzini çıxmaq barədə tələb qoyulmayacaq.
“Report” TASS-a istinadən xəbər verir ki, iclasın qərar layihəsində sadəcə kvotalara əməl etmək barədə ümumi tövsiyələr yer alıb:
“Komitə razılaşmalara əməl edərək artıq hasilata kompensasiyanın vacibliyini bir daha təsdiqləyir. Bu, neft bazarında tarazlığı və sabitliyi bərpa etmək üçün zəruridir”.
Xatırladaq ki, komitənin avqust ayında keçirilmiş əvvəlki görüşü zamanı gündəlik 2,3 milyon barel həcmində kvotadan artıq hasilata avqust-sentyabr ayları ərzində tam şəkildə kompensasiya olunacağı qərarlaşdırılmışdı. Bunun üçün avqust ayında gündəlik hasilat 8,85 milyon barel ixtisar edilməli idi. Ancaq cəmi 7,8 milyon barel azaldıldı.
OPEC+ Texniki komitəsinin növbəti iclası oktyabrın 15-nə, Nazirlər Monitorinq Komitəsinin iclası isə 19-na təyin olunub.