Neft qiymətləri korreksiya çərçivəsində 1 %-dən çox artıb

Neft qiymətləri korreksiya çərçivəsində 1 %-dən çox artıb Dünya bazarında neft 1%-dən çox bahalaşıb.
Energetika
15 Mart , 2023 10:02
Neft qiymətləri korreksiya çərçivəsində 1 %-dən çox artıb

Dünya bazarında neft 1 %-dən çox bahalaşıb.

“Report” birjalara istinadən xəbər verir ki, “Brent” markalı neftin may fyuçersləri 1,39 % bahalaşaraq 78,53 ABŞ dollarına satılıb. WTI neftinin aprel fyuçerslərinin qiyməti isə 1,51 % artaraq 1 bareli 72,41 ABŞ dolları təşkil edib.

Neftin qiyməti 2 günlük azalmadan sonra sabitləşməkdədir. İnvestorlar tələb proqnozlarına diqqət yetirməklə yanaşı, həm də ABŞ-da ehtiyatlarla bağlı həftəlik statistikasının açıqlanmasını gözləyirlər.

Son xəbərlər

Orphus sistemi