Neftin qiymətinin artımı 12 ilin maksimumuna çatıb

Neftin qiymətinin artımı 12 ilin maksimumuna çatıb Bu il neft qiymətlərinin artım tempi son 12 ilin rekord səviyyəsinə çatıb.
Energetika
31 Dekabr , 2021 16:16
Neftin qiymətinin artımı 12 ilin maksimumuna çatıb

Bu il neftin qiymətinin artım tempi son 12 ilin rekord səviyyəsinə çatıb.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu il “Brent” markalı neft 53 %, WTI – 57 % bahalaşıb. Neft qiymətlərinin artım tempi yalnız 2009-cu ilin göstəricilərindən geri qalır. O zaman qiymətlər 70 %-dən çox artıb.

Bakı vaxtı ilə saat 10:55-ə olan məlumatlara görə, “Brent” markalı neftin bir bareli 79,53 ABŞ dollarına, WTI – 76,95 ABŞ dollarına ticarət olunub.

Qeyd edilir ki, neft fyuçersləri rekord həddə bu ilin oktyabr ayında çatıb. “Brent” 2018-ci ilin rekordunu yeniləyərək bir barel üçün 86,70 ABŞ dollarına kimi bahalaşıb. WTI-nin qiyməti 2014-cü ildən bu yana ilk dəfə bir barel üçün 85,41 ABŞ dollarına çatıb.

2022-ci ildə neftin dünya qiymətlərinin artmağa davam edəcəyi gözlənilir. Beynəlxalq Enerji Agentliyinin məlumatlarına görə, neft istehlakı pandemiyadan əvvəlki həddə çatacaq və sutkalıq 99,53 milyon barel təşkil edəcək. 2021-ci ildə bu göstərici 96,2 milyon barel olub.

Son xəbərlər

Orphus sistemi