Neft “Saudi Aramco”nun obyektlərinin atəşə tutulmasından sonra bahalaşır

Neft “Saudi Aramco”nun obyektlərinin atəşə tutulmasından sonra bahalaşır “Brent” markalı neftin iyun fyuçerslərinin qiyməti 64,22 dollar/barel (+2,02%) səviyyəsinə çatıb
Energetika
12 Aprel , 2021 20:52
Neft “Saudi Aramco”nun obyektlərinin atəşə tutulmasından sonra bahalaşır

Yaxın Şərqdəki hərbi-siyasi vəziyyətin kəskinləşməsi fonunda neft qiymətləri artmaqdadır.

“Report” “Investing.com”a istinadən xəbər verir ki, Bakı vaxtı ilə saat 19:35-də “Brent” markalı neftin iyun fyuçerslərinin qiyməti 64,22 dollar/barel (+2,02%) səviyyəsinə çatıb.

WTI markalı neftin may fyuçersləri isə bir barel üçün 60,70 ABŞ dolları (+2,33%) səviyyəsində ticarət edilib. Ticarət sessiyası zamanı etalon neft sortlarının qiymətləri müvafiq olaraq 62,42-64,48 və 58,74-60,76 ABŞ dolları aralığında dəyişib.

Neft qiymətlərinin artmasına yəmənli husilərin yenidən Səudiyyə Ərəbistanının dövlət neft-qaz şirkəti “Saudi Aramco”nun obyektlərinə zərbələr endirməsi təsir edib.

Eyni zamanda Avropa və Asiyada koronavirus pandemiyasının intensivləşməsi qiymət artımlarını məhdudlaşdırır.

Son xəbərlər

Orphus sistemi