Neft ümumi nikbinlik fonunda bahalaşır

Neft ümumi nikbinlik fonunda bahalaşır “Brent” markalı neftin mart fyuçersləri 54,46 dollar/barelə, WTI markalı neftin fevral fyuçersləri isə 50,95 dollar/barelə çatıb
Energetika
7 Yanvar , 2021 15:33
Neft ümumi nikbinlik fonunda bahalaşır

Dünyada neft qiymətləri cümə axşamı gündüz saatlarında ümumi nikbinlik fonunda artır.

“Report” “Prime”a istinadən xəbər verir ki, “Brent” markalı neftin mart fyuçerslərinin qiyməti 0,29 % bahalaşaraq bir barel üçün 54,46 ABŞ dollarına, WTI markalı neftin fevral fyuçersləri isə 0,63 % dəyər qazanaraq bir barel üçün 50,95 ABŞ dollarına çatıb.

Artıma investorların bir sıra müsbət amillər fonunda riskə meylli olmalarıdır. Belə ki, dünən ABŞ-da ticari neft ehtiyatlarının son bir həftə ərzində 8 milyon barel azalaraq 485,5 milyon barelə düşdüyü, hasilatın isə arıdıcıl dördüncü həftədir 11 milyon barel/gün səviyyəsində qaldığı məlum olub.

Bundan əlavə, ABŞ-dan gələn siyasi xəbərlər də nikbinliyi dəstəkləyir. Hazırkı prezident Donald Trampın tərəfdarlarının Konqresin iclasını pozmasına baxmayaraq, bu gün bərpa olunan iclasa Cozef Bayden ABŞ-ın yeni prezidenti kimi təsdiqlənib.

Son xəbərlər

Orphus sistemi