Dünya neft bazarlarında “Brent” markalı neft bahalaşır.
“Report” “İnterfaks”a istinadən xəbər verir ki, Londondakı “ICE Futures” birjasında “Brent” markalı neftin mart fyuçerslərinin qiyməti 0,33 ABŞ dolları (0,6%) bahalaşaraq 55,08 ABŞ dollarına yüksəlib.
Digər yandan, WTI markalı neftin fevral fyuçersləri NYMEX-də cümə gününün bağlanış səviyyəsi ilə müqayisədə 0,04 ABŞ dolları (0,08%) ucuzlaşaraq bir barel üçün 52,32 ABŞ dolları təşkil edib. Yanvarın 18-də ABŞ-da Martin Lüter Kinq Gününün qeyd olunması səbəbindən ticarət həyata keçirilmədiyib.