Neftin qiyməti korreksiya çərçivəsində ucuzlaşır

Neftin qiyməti korreksiya çərçivəsində ucuzlaşır “Brent” markalı neftin fevral fyuçerslərinin qiyməti 51,24 dollar/barelə, WTI markalı neftin yanvar fyuçersləri isə 48,19 dollar/barelə düşüb.
Energetika
18 Dekabr , 2020 11:39
Neftin qiyməti korreksiya çərçivəsində ucuzlaşır

Cümə günü səhər saatlarında dünyada neftin qiyməti korreksiya çərçivəsində düşür.

“Report” “Prime”a istinadən xəbər verir ki, bunu sövdələşmə məlumatları göstərir.

Belə ki, Bakı vaxtı ilə saat 09:15-ə olan məlumata görə, “Brent” markalı neftin fevral fyuçerslərinin qiyməti 0,5% azalaraq bir barel üçün 51,24 ABŞ dollarına, WTI markalı neftin yanvar fyuçersləri isə 0,35% azalaraq bir barel üçün 48,19 ABŞ dollarına düşüb.

Xatırladaq ki, cümə axşamı neftin qiyməti orta hesabla 1% artmışdı, tələbatla bağlı müsbət gözləntilər və dolların ucuzlaşması neftin qiymətini dəstəkləyirdi. Zəif dollar xarici valyuta investorları üçün neft də daxil olmaqla, xammalları ucuzlaşdırır. Tələbatla bağlı perspektivləri COVID peyvəndi ətrafındakı gözləntilər də dəstəkləyib .

Son xəbərlər

Orphus sistemi