Dünya bazarında neftin qiyməti bu gün səhər saatlarında düşməyə davam edib.
“Report” “Prime” agentliyinə istinadən xəbər verir ki, Şimali dənizində hasil edilən “Brent” xam neftinin iyul fyuçerslərinin qiyməti Bakı vaxtı ilə saat 09:02-də 1,18 faiz azalaraq 67,9 dollara düşüb.
WTI neftinin iyul fyuçersləri 1,24 faiz, iyun fyuçersləri isə 1,16 faiz ucuzlaşaraq bir bareli müvafiq olaraq 64,69 dollara və 64,73 dollara satılıb.
Neftin qiymətinin düşməsi Tehran-Vaşinqton danışıqlarının uğurlu olacağı təqdirdə İranın neft tədarükünü artması ehtimalı ilə bağlıdır.
Qiymətə, həmçinin Amerika Neft İnstitutunun (API) neft ehtiyatlarına dair açıqladığı məlumatlar təsir edib. Bu məlumatlara görə, ABŞ-ın neft ehtiyatları ötən həftənin sonunda 0,6 milyon barel artıb. ABŞ Enerji Nazirliyi də bu gün axşam saatlarında ölkədəki neft ehtiyatlarına dair rəsmi məlumatları dərc edəcək. Analitiklər ehtiyatların 1,6 milyon barel artacağını gözləyirlər.